Bakı metrosunda qatarların intervalı 2 dəqiqəyə endirildi - SƏHƏR SAATLARINDA

"Təhsil müəssisələrində tədrisin tam bərpa olunması ilə əlaqədar Bakı metropoliteni səhər saatlarında qatarların hərəkət qrafikində intervalı 2 dəqiqəyə endirib.
 
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
 
O bildirib ki, səhər saatlarından etibarən "Həzi Aslanov" - "28 may" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib: "Bakı metropoliteni sentyabrın 20-dən etibarən gücləndirilmiş rejimdə çalışır. Çünki son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya qaydalarında nisbətən yumşalma tədbirləri görməsi nəticəsində ictimai nəqliyyatda, eləcə də metro stansiyalarında sərnişin sıxlığının artması gözlənilir. Bu gündən etibarən təhsil müəssisələrində tədrisin tam bərpa edilməsi də sərnişin sayında dəyişiklik olacağı proqnozu verir. Ona görə də artıq metro stansiyalarının optimal hərəkət qrafikində müvafiq sıxlaşmalar aparılıb. Qatarların hərəkət intervalı gur saatlarda azaldılıb, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb. Əgər stansiyalarda hansısa sıxlıq yaranması ehtimalı olsa, dərhal hərəkət qrafiki nəzərə alınmaqla ehtiyat qatarlar xəttə buraxılacaq".
 
B. Məmmədov bildirib ki, bununla yanaşı metro işçiləri stansiyalarda pandemiya qaydalarına riayət olunması ilə bağlı sərnişinlərə tövsiyələr edirlər".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.