Xalq artisti Canəli Əkbərov vəfat edib
 
Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.
 
Senzor.az bildirir ki, bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.
 
Qeyd edək ki, o, iki gün əvvəl insult keçirmiş, dünən isə komaya düşmüşdü.
 
Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olmuşdu.
 
Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almışdı. Muğam ifaçılığının incəliklərini müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən öyrənmişdi. 1965 ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti idi.
 
C.Əkbərov 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmişdi.
 
Allah rəhmət eləsin!





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.