Rusiyada cinayət törədən azərbaycanlının məhkəməsi başlayır -
ŞƏKİDƏ
Rusiyada cinayət törədən Azərbaycan vətəndaşı Əlövsət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 

İş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyili.
 
Senzor.az  xatırladır ki, 2015-ci il oktyabrın 25-də Rusiya İstintaq Komitəsinin Tatarıstan İstintaq İdarəsi Aznakayevski rayonlararası İstintaq Bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanan və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.
 
2021-ci il aprel ayının 26-da Ucar Rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
 
Daha sonra Ucar rayonu Qaradağlı kəndində anadan olmuş və elə həmin ünvanda da qeydiyyatda olan Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü  Əlövsət Məmmədov istintaqa cəlb edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.