
Axar.az xəbər verir ki, budəfəki gərginliyə səbəb “Ermənistan” blokundan olan Geqam Manukyanın çıxışı olub.
Manukyanın çıxış zamanı Qarabağı unudanların xain olduğunu deməsi vitse-spiker Rubin Rubinyanın qəzəbinə səbəb olub. Mühafizəçilər Manukyanı zorla tribunadan endiriblər.
Qalmaqala görə parlamentin iclasına 20 dəqiqə fasilə verilib.