Rusiya Prezidenti Vladimir Putinin helikopteri onun Kursk vilayətinə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin dronlarının miqyaslı hücumunun mərkəzinə düşüb.
Bunu "Rossiya-24" telekanalının efirində hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin deyib.
Onun sözlərinə görə, göyərtəsində Putinin olduğu helikopter Kursk vilayəti üzərində uçuş həyata keçirəndə dronların hücum intensivliyi artıb: "Biz eyni zamanda hava hücumuna qarşı döyüş aparırdıq və havada Prezident helikopterinin uçuşunun təhlükəsizliyini təmin edirdik", - deyə o bildirib.
Komandirin sözlərinə görə, Rusiya hərbçilərinin koordinasiyalı fəaliyyəti nəticəsində bütün hava hədəfləri məhv edilib və hücum tamamilə neytrallaşdırılıb.
Xatırladaq ki, Putin mayın 20-də Kurska səfər etmişdi.