Tramp Avropa ölkələrinin Çin mallarına
YENİ TARİFLƏR TƏTBİQ ETMƏSİNİ İSTƏYİR

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla ticarət razılaşması əldə etmək üçün Avropa İttifaqından (Aİ) gələn Çin mallarına rüsumları artırmağa çalışır.

 

Bu barədə “Wall Street Journal” qəzeti mənbələrinə istinadla məlumat yayıb.

 

Məlumata görə, Birləşmiş Ştatlar Aİ-nin Amerikanın Çinə iqtisadi təzyiq göstərmək kampaniyasına qoşulmasında israr edir və Avropa ölkələrinin Çin mallarına yeni tariflər tətbiq etməsini istəyir. Bununla belə, Çin Aİ-nin ixracatı üçün mühüm bazar olaraq qalır və təşkilat Pekinlə ticarət müharibəsində maraqlı deyil. Qəzetin mənbələri qeyd edir ki, Birləşmiş Ştatlar digər ölkələrlə, o cümlədən Cənubi Koreya və Yaponiya ilə ticarət danışıqlarında Çinlə bağlı oxşar tələblər irəli sürür.

 

“The Wall Street Journal” həmçinin yazır ki, Amerika lideri Aİ ilə ticarət danışıqlarının tempindən razı deyil. Tramp hesab edir ki, müzakirələr kifayət qədər sürətlə getmir. Amerika rəsmiləri görüşlərdə avropalı həmkarlarına bildiriblər ki, Vaşinqton Aİ-nin həddən artıq ehtiyatlı yanaşmasından və ABŞ-ın iddialarını həll etməyə yönəlmiş konkret təkliflər vermək istəməməsindən narazıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.