ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə büdcəsini ixtisar etmək niyyətində deyil.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə ABŞ Hərbi Akademiyasının məzunlarına müraciət edərkən deyib.
"Biz yenicə hərbi büdcəni 1 trilyon dollara çatdırmışıq. Bəzi insanlara maraqlıdır ki, mən bu büdcəni azaldacağammı? Demək istəyirəm ki, mən onu heç 10 sent də azaltmayacağam. Azaltmaq mümkün olan başqa şeylər var", - Tramp deyib.
Qeyd edək ki, mayın əvvəlində Ağ Ev 2026-cı maliyyə ili (1 oktyabr 2025-ci ildən 30 sentyabr 2026-cı ilə qədər) üçün ABŞ büdcəsinin layihəsini açıqlayıb. Büdcə, qeyri-müdafiə xərclərinin 22,6% (təxminən 163 milyard dollar) azaldılmasını nəzərdə tutur.