Türkiyə Prezidenti və xanımı Azərbaycan nümayəndə heyətinin çıxışını izlədilər - VİDEO

İstanbulda VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı davam edir.

 

Senzor.az bildirir ki, festival çərçivəsində tədbir iştirakçılarına və qonaqlara hər gün Türk dünyasının birliyi, ortaq mədəni kökləri və irsi nümayiş etdirilir.

 

Mayın 24-də festivalın xüsusi proqramında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə xanım Ərdoğan Azərbaycan nümayəndə heyətinin təqdimatında möhtəşəm "Zəfər" şou-kompozisiyasını izləyiblər.

 

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim Türk adətləri, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.

 

Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, süvarilik sənəti və milli ruhu əks etdirən proqram Türkiyə Prezidenti və Əminə xanım tərəfindən böyük maraqla qarşılanıb. Süvarilərimizin çıxışı ayaq üstə gur alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, mayın 25-də Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı keçiriləcək və bununla da VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başa çatacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.