Qalibaf: İranın 7 şərti yerinə yetirilməsə, Hörmüz boğazı açılmayacaq

İranın İslamabad razılaşması çərçivəsində irəli sürülən yeddi əsas şərt təmin edilməyənədək Hörmüz boğazı gəmilərin hərəkəti üçün açılmayacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran İslami Şura Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalıbaf deyib.

 

Məclis sədri bildirib ki, ABŞ rəsmiləri mediada fərqli mövqe nümayiş etdirsələr də, son vaxtlar vasitəçilər vasitəsilə İrana yeni təkliflər təqdim ediblər: “Vaşinqton anlamalıdır ki, vaxtı uzatmaq və birtərəfli tələblər diktə etmək dövrü başa çatıb. İran İslam Respublikasının mövqeyi tamamilə şəffaf və qətidir. İslamabad anlaşmasına əsaslanan yeddi şərtimiz yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq”.

 

Qalıbaf vurğulayıb ki, Tehran xarici siyasətini media ritorikası üzərində qurmur: “İran öz daxili, xarici və milli təhlükəsizlik siyasətini ABŞ rəsmilərinin gündəlik müsahibələri və ya sosial şəbəkə paylaşımları ilə tənzimləyən ölkə deyil. Biz mediadakı bəyanatları deyil, düşmənin sahədəki real addımlarını əsas götürürük”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.