
ABŞ Prezidenti Donald Tramp amerikalıları Avropa ölkələrindəki vəziyyətə diqqət yetirməyə çağıran şəkil paylaşıb.
Senzor.az bildirir ki, Amerika lideri müvafiq paylaşımı "Truth Social" sosial şəbəkəsində yerləşdirib.
Şəkildə əlində məşəl tutan bir kişinin ABŞ bayrağı ilə bəzədilmiş qapıdan içəri daxil olduğu görünür. Qapılarında "Norveç", "Böyük Britaniya", "İsveç" və "Fransa" yazılmış bitişik otaqlar ya artıq alov içindədir, ya da yanğından sonra tüstülənir. Məşəl tutan kişinin ayaqlarının altında üzərində "İslam" yazılmış xalça var. Şəklin yuxarı hissəsində isə "Oyan, Amerika!" yazılıb.
Xatırladaq ki, ABŞ Prezidenti əvvəllər Avropa dövlətlərinin bir sıra qaydaları, xüsusən də immiqrasiya nəzarətini sərtləşdirməli olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Avropa tezliklə öz yolunu tapmalıdır, əks halda ABŞ-ın getməkdən başqa çarəsi qalmayacaq.
Bəs Avropada əslində nələr baş verir? Kütləvi etirazların, narazılıqların səbəbi nədir?(Bax:https://www.youtube.com/watch?v=l-bvHfYseD4)