Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yerli KİV-in verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Vəkilağa Əhmədağa oğlu Əbişovun idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada sürücü və 4 şərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, həmin istiqamətdə yolda təmir işləri aparılır.
Faktla bağlı araşdırma aparılır.