.Zəfər Günündə İkinci Şəhidlər xiyabanına insan axını başlayıb.
Senzor.az bildirir ki, Xiyabanda şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib.
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Xatırladaq ki, bu gün Vətən müharibəsində qazanılmış böyük qələbədən iki il ötür.
2020-ci ildə 44 gün davam edən müharibədə 2 906 nəfər torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalıb.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.