
Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın xarici işlər nazirləri Gürcüstana səfər ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 22-də Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərini rəsmi şam yeməyində qəbul edib.
Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib ki, Baş nazir Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın xarici işlər nazirlərinə ölkəsinə səfərlərinə görə təşəkkür edib və Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsinin, müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin Gürcüstan hökuməti üçün prioritet olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün-oktyabrın 23-də Gürcüstan və Mərkəzi Asiya ölkələri xarici işlər nazirlərinin Batumidə görüşü keçiriləcək.
Səfər çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili həmkarları ilə ikitərəfli danışıqlar aparacaq.