
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıblar.
Bildirilib ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.
Qeyd edək ki, İbad Hüseynov Tbilisiyə 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün gedib.