General-mayor: "İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb"

"İndiyə qədər Sarıbaba yüksəkliyində qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılan 1300-dən çox mina aşkarlanıb".


Bunu Azərbaycan Ordusunun general-mayoru Münasib Babayev Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini məlumatlandırarkən deyib.


"Hazırda Sarıbaba yüksəkliyindəyik. Burada düşmən tərəfindən basdırılmış minalar var. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və bu ölkənin silahlı qüvvələrinə aiddir. Burada 350-dən artıq mina var", - o bildirib.


General-mayor söyləyib ki, qanunsuz erməni silahlıları Sarıbabada hətta tank əleyhinə belə minalar basdırıblar: "Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov ərazidə olublar. Onların razılığı ilə mühəndis qoşunlarının qarşılıqlı təmizləmə işinin aparılması məqsədilə sabah da sülhməramlıların nəzarəti altında digər basdırılan minaların təmizlənməsi işləri davam etdiriləcək".(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.