İsrail Britaniyanı Qüdsdəki baş konsulluğunu bağlayacağı ilə hədələdi

İsrail Böyük Britaniyanın Qüdsdəki baş konsulluğunu bağlamaq qərarına gəlib.

 

BBC xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamasından sonra bildirib.

 

Gideon Saar qərarın Britaniyanın Leyboristlər hökumətinin İsrailə qarşı qəbul etdiyi bir sıra qərarlara cavab olduğunu deyib. O, Britaniya hökumətini düşmən mövqe tutmaqda və sistemli şəkildə İsrail dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edib. İsrailin xarici işlər naziri, həmçinin Böyük Britaniya hökumətini oktyabrın sonunda keçiriləcək İsrail seçkilərinə müdaxilə etməkdə günahlandırıb.

 

Gideon Saar Britaniyanın İsrail məhsullarına qarşı boykot qərarını da kəskin tənqid edib. O, Qüdsün şərqində yerləşən E1 yaşayış məntəqəsi ilə bağlı Böyük Britaniyanın açıqlamalarına toxunaraq, bu layihə üzrə yeni qərarların qəbul edilmədiyini bildirib. Böyük Britaniya hökumətinin məlumatına görə, ölkənin Qüdsdəki baş konsulluğu Britaniya hökumətini Qüds, İordan çayının qərb sahili və Qəzzada təmsil edir, həmçinin Böyük Britaniya ilə Fələstin arasında siyasi, kommersiya, təhlükəsizlik və iqtisadi məsələlər üzrə fəaliyyət göstərir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.