Gürcüstanın keçmiş Baş prokuroru UKRAYNAYA QARŞI MÜHARİBƏ ÜÇÜN BÖLMƏ YARATDI

Gürcüstanın keçmiş Baş prokuroru Otar Romanov-Parsxaladze Rusiyada Ukraynaya qarşı müharibədə iştirak üçün “Georgiyevski” adlı beynəlxalq könüllü bölmə yaradıb.

 

Bu barədə “Sova” məlumat yayıb.

 

Bölmənin komandiri Romanov-Parsxaladzenin özüdür.

 

“Xalqlarımızın və ölkələrimizin birləşməsinin, eləcə də ənənəvi ailə dəyərlərinin müdafiəsinin tərəfdarı olan həmfikirlərimiz və tərəfdarlarımız tərəfindən “Georgiyevski” beynəlxalq bölməsi yaradılıb”, - o bildirib.

 

Gürcüstanın sabiq rəsmisinin sözlərinə görə, bölmənin adı 1783-cü ildə imzalanmış Georgiyevsk traktatı ilə bağlıdır. Parsxaladze bu sənədin gürcü xalqının tarixində böyük rol oynadığını iddia edib.

 

Dediyinə görə, Rusiya tərəfində müharibədə iştirak etmək qərarını könüllü şəkildə qəbul edib: “Əməliyyatların başlanmasından etibarən komandamla ilə birlikdə Rusiya hərbçilərinə fəal şəkildə yardım göstərirəm”.

 

“Teleqraf” xatırladır ki, Romanov-Parsxaladze Rusiya pasportu aldığı üçün Gürcüstan vətəndaşlığını itirib. Gürcüstan hakimiyyəti bildirib ki, bu, onun ölkəyə ekstradisiyası prosesini çətinləşdirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.