Putinlə Tramp arasında bir saat məxfi söhbət olub – NƏLƏRDƏN DANIŞIBLAR?
VİDEO

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

 

Qeyd olunub ki, liderlər Ukrayna ətrafındakı vəziyyəti və ABŞ nümayəndələri Cared Kuşnerlə Stiv Uitkoffun Moskva və Kiyevə səfərlərinin yekunlarını müzakirə ediblər.

 

Onun sözlərinə görə, bir saat davam edən danışıqlar konstruktiv və açıq olub, lakin məxfi xarakter daşıyıb.

 

"Liderlər Kuşner və Uitkoffun sentyabrın 5-6-da Moskva və Kiyevə baş tutmuş səfərləri barədə fikir mübadiləsi aparıblar", - Uşakov qeyd edib.

 

O bildirib ki, ABŞ nümayəndələrinin səfərinin yekunları Kremldə müsbət qiymətləndirilib, bu istiqamət üzrə əlaqələr davam etdiriləcək.

 

Söhbətin əsas mövzularından biri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması olub. Tramp onun tezliklə başa çatmasının zəruriliyini vurğulayıb, bu da Rusiya və ABŞ arasında münasibətlərin tam normallaşması üçün perspektiv aça bilər.

 

Uşakovun sözlərinə görə, ABŞ lideri öz prezidentlik müddəti ərzində irəliləyişə nail olmaqda maraqlıdır. Putin isə Moskva və Vaşinqton arasında tərəfdaşlığın inkişafını dəstəkləyərək Trampın Ukraynada münaqişənin nizamlanması yollarının axtarılması üzrə səylərini müsbət qiymətləndirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.