Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi yaradılacaq

“Cəbrayıl rayonu ərazisində yandırılmış, məhv edilmiş, qırılmış meşələrin bərpası aparılır. Bərpa işləri Türkiyə ilə Azərbaycanın müvafiq qurumları tərəfindən həyata keçirilir”.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribov bildirib. Onun sözlərinə görə, ərazidə Türkiyə və Azərbaycanın “Dostluq meşəsi” yaradılıb. Bununla yanaşı, terasların salınması işləri aparılır:


“Həm “Dostluq meşəsi”, həm də terasların salınmasında türk mütəxəssislərin təcrübəsindən istifadə edilib. Terasların salınmasında Türkiyənin bizə hədiyyə etdiyi texnikalardan istifadə olunub. Onların mütəxəssisləri burada treninqlər, təlimlər keçiblər, sonradan da bu işlər bizim mütəxəssislər tərəfindən davam etdirilib. “Dostluq meşəsi” və teraslarla yanaşı digər ərazidə də ağıllı tinglik sahəsi yaradılır. Burada 8 hektarlıq ərazidə müasir stnadartlara uyğun tinglik sahəsi yaradılacaq. Tinglik sahəsi Türkiyənin ting yetişdirmə metodları ilə yetişdiriləcək. Bunun illik dövriyəsi 2 milyon ting olacaq ki, bunlar da yüksək keyfiyyətli olacaq”.


O qeyd edib ki, həmin tinglər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda meşəsalma, meşəbərpa işlərində istifadə olunacaq:


““Dostluq meşəsi” və terasların yaradılmasında da həm yerli meşə şəraitinə uyğun yerli tinglərdən, həm də Türkiyə tərəfindən hədiyyə edilən tinglərdən istifadə olunub. Yerli tinglər əsasən yemişan, qarağac, ağcaqayın, Eldar şamı, Türkiyədən gətirilənlər isə şamın müxtəlif növləri - fıstıq şamları, qızıl şam, Hələb şamı, Kıbrıs akasiyası və s.-dir. “Dostluq meşəsi” və teraslar bir kompleksdir. Ağıllı tingləri də tamamlayan bir Meşəçilik Təlim Mərkəzi yaradılacaq. Bu da beynəlxalq təlim mərkəzidir. Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi adlandırılır. Burada həm Türkiyənin, həm Azərbaycanın meşəçilik, ekoloq mütəxəssisləri tərəfindən yerli mütəxəssislərə təlim, treninqlər keçiriləcək. Eyni zamanda qonşu ölkələrin, Asiya ölkələrinin də meşəçilik, ekoloq mütəxəssisləri burada tədris, təlim keçəcək və öz təcrübələrini bölüşəcəklər”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.