30 noyabr saat 20:00-dan 1 dekabr səhər saatlarına qədər paytaxtın Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.