Aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 10-12°, gündüz 19-24° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 22-27°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.