Bakıdakı film kimi qəzanın “qəhrəmanının” ayağında elektron qolbaq var imiş...

Xəbər verdiyimiz kimi, aprelin 10-da Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.

 

“Qafqazinfo” qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi məlumatları əldə edib.

 

Həmin məlumatlara görə, “BYD” markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.

 

O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçirərək idarə edib. 

 

Qeyd edək ki, bu cür hallara “Bolt” şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılıqlara  səbəb olur.

 

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

 **

 Qəza ilə bağlı “Bolt”dan bildirilib ki, həmin avtomobilin buraxılış kartı 8 aprel tarixində ləğv olunub: “Sürücü əvvəlcədən bu barədə məlumatlandırılmışdı, lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.