Mütəllim Rəhimli Ədalət Partiyasında sədr olmaq istəyini
AÇIQLADI

Ədalət Paratiyasının sədr müavini Mütəllim Rəhimli partiya sədrliyinə namizədliyini irəli sürəcək.

 

Bu barədə Modern.az-a Mütəllim Rəhimlinin özü məlumat verib.

 

O, qeyd edib ki, aprelin 12-də Siyasi Şuranın iclasının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb: "İclasda qurultayın vaxtı məsələsi müzakirəyə çıxarılacaq. Nizamnaməyə əsasən, qurultay keçirilməlidir. Hətta biz  müəyyən qədər gecikmişik. Ona görə də yubanmaq olmaz. Bu, "Siyasi partiyalar haqqında" qanunun və partiya Nizamnaməsinin pozulması kimi qiymətləndirilə bilər. Sədrliyə iddialı şəxslər var. Onların hər biri indiyədək partiya daxilində və cəmiyyətdə özlərinə tərəfdar toplamağa, ictimai rəy formalasdırmağa səy göstəriblər. Bu kampaniya indi də davam edir. Mənim də sədrliyə namizədliyimi irəli sürməyimlə bağlı partiya üzvləri dəfələrlə təklif irəli sürüblər. Üzvlərimizlə uzun müddətdir ki, bir-birimizi yaxşı tanıyırıq. Partiya quruculuğunu birgə aparmışıq. Uğurlarımızı bir yerdə qeyd etmişik, uğursuzluqlarımızdan birgə çıxış yolu axtarmışıq. Ona görə də partiya üzvlərimizin çoxsaylı təkliflərini nəzərə almağın zəruriliyini düşünürəm. İlk dəfə sizin sayt vasitəsilə bildirirəm ki, Ədalət Partiyasının sədrliyinə namizədliyimi irəli sürəcəm. Sədrliyə namizəd olacaq bütün həmkarlarıma da uğurlar arzulayıram".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.