Bloqer xuliqanlıq hərəkətlərinə görə həbs edilib.
Oxu.az-ın məlumatına görə, Beyləqan və ətraf rayonlarda bloqerlik fəaliyyəti ilə məşğul olan, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vasif Fətiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, 1981-ci il təvəllüdlü V.Fətiyev şəxsi münasibətlər zəminində 53 yaşlı şəxsi döyərək xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb və V.Fətiyev məhkəmənin qərarı ilə həbs edilib.