NATO-nun Azərbaycana ehtiyacı var: ALYANS MARAQLARIMIZIN TƏMİN OLUNMASINA ÇALIŞACAQ
ŞƏRH-PROQNOZ

Bu gün Belçikanın paytaxtı Brüsseldə, NATO-nun mənzil qərargahında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Alyansın Baş katibi Yens Stoltenberq arasında görüş keçiriləcək. Əlbəttə, bu, çox mühüm görüşdür. Müzakirə olunacaq xeyli mövzu var. Şübhəsiz ki, haqqında danışılacaq məsələlərdən biri Cənubi Qafqazdakı durum, o cümlədən Ermənistanla əlaqələrin normallaşma prosesi olacaq. 

 

NATO Rusiya ilə Ukrayna arasında davam edən müharibədən istifadə edərək regionla bağlı öz maraqlarını həyata keçirməyə davam edir. Azərbaycanın son dövrlərdəki xarici siyasəti Rusiyanı qıcıqlandırmaya bilməz. Rəsmi Bakının savaşla bağlı neytral mövqeyi, Prezident İlham Əliyevin erməni silahlı birləşmələrinin Qarabağdan çıxması barədə tələbi, sülhməramlılar haqqında səsləndirdiyi fikirlər, həmçinin Avropa İttifaqı ilə qaz ixracına dair  imzalanan sənəd, əlbəttə, Kremlin xoşuna gəlmir. Moskvanın qıcıqlanması isə NATO-nun ürəyincədir.  

NATO Rusiyanı sıxışdırmağa davam edir. Kremlin Cənubi Qafqazdakı dayaqlarının zəiflədilməsi də bu məsələyə daxildir. Alyans regionda sabitliyin bərpa olunmasına töhfə verməklə buna nail ola bilər. Bu, Azərbaycanın da maraqlarına cavab verir. 

 

NATO müttəfiqləri düşünürlər ki, Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq və regiondakı “düyünü açmaqla” Rusiyanın bu ölkələrə təsirini minimuma endirə bilərlər. Əlbəttə, bu zaman şimal qonşumuz daha da təklənəcək. Bu mənada Alyansla Azərbaycan arasında Cənubi Qafqazla bağlı əldə olunması ehtimal edilən razılıqlar hər iki tərəfin marağına cavab verir. 

 

Bundan başqa, diplomatların Rusiya ilə Ukrayna arasında davam edən savaş barədə danışacaqları da şübhəsizdir. NATO Azərbaycanın mövqeyindən əmin olmaq istəyir. Alyans istəyir ki, Bakı Moskvaya onun arzuladığı münasibəti göstərməsin. Bunun üçün isə NATO Azərbaycanın maraqlarının təmin olunmasına çalışmalıdır. 

 

Həmçinin görüşdə, ola bilsin, İsveç və Finlandiyanın Alyansa mümkün üzvlüyü də müzakirə olunsun. Şübhəsiz ki, Ceyhun Bayramov bu mövzuda Türkiyənin mövqeyini dəstəkləməlidir.  

Azərbaycan XİN başçısı ilə Stoltenberqin görüşü bütün hallarda müsbət haldır. Bu, dünyanın ən böyük hərbi-siyasi ittifaqı olan NATO-nun Azərbaycana göstərdiyi diqqətin göstəricisi olmaqla yanaşı, həm də yeni fürsətlər deməkdir. 

 

İndi Alyansın bizim köməyimizə ehtiyacı var. Azərbaycan müharibə ilə bağlı NATO-nun istədiyi mövqeyi sərgiləyə bilər. Amma gərək bunun əvəzində sözügedən qurum da Azərbaycanın maraqlarını təmin etsin. 

İstənilən halda bugünkü görüşün ciddi nəticələrlə yadda qalacağına inanıram. Baş katibin səsləndirəcəyi bəyanatlar isə, sözsüz ki, NATO ilə Azərbaycan arasında əlaqələri növbəti təzahürü kimi qiymətləndirilməlidir.

 

Kənan Novruzov,  

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.