
ABŞ-ın şimal hissəsində – Texas ştatında 5,0 maqnitudalı zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri təxminən 18 min əhalisi olan Pampa şəhərindən 41 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 6 kilometr dərinlikdə baş verib.
Hələlik hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.