Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara kompüter, mobil telefon və digər cihazlardakı məlumatların müntəzəm olaraq ehtiyat nüsxəsini çıxarmağı və təhlükəsiz şəkildə saxlamağı tövsiyə edir.
Senzor.az bildirir ki, RİNN-in yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, cihazlarımız vacib məlumatlarımızın toplanma məkanı hesab olunur. Nasazlıq, oğurluq, təbii fəlakət, cihazlarımızın zərərverici proqramlara yoluxması kimi hallar əhəmiyyətli məlumatların korlanması və ya məhv olması ilə nəticələnə bilər. İtirilmiş məlumatların bərpası isə çətin və ya qeyri-mümkündür. Ehtiyat nüsxəsi yaradıldığı halda isə itən, oğurlanan və yaxud zədələnən məlumatları tez zamanda bərpa etməyiniz mümkündür.