Bakıda razılaşdırılmamış aksiyanın qarşısı alındı - SAXLANILAN YOXDUR
FOTO

Bu gün Bakıda Nazirlər Kabinetinin binası qarşısında ölkənin quru sərhədlərinin açılması tələbi ilə razılaşdırılmamış etiraz aksiyası keçirilməsinə cəhd olub.

 

Senzor.az bildirir ki, polis əvvəlcədən də xəbərdarlıq etdiyi kimi, bu razılaşdırılmamış aksiyanın qarşısını alıb. 

 

Aksiya iştirakçılarının sözlərinə görə, özlərini nisbətən aqressiv aparan bir neçə müxalifət fəalı saxlanılıb. İlk olaraq Tofiq Yaqublu (Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının fəalı) və Seymur Həzinin (AXCP sədr müavini) saxlanıldığı iddia olunur. 

 

DİN-in Mətbuat Xidmətindən isə Turan agentliyinə bildiriblər ki, saxlanılan yoxdur. "Razılaşdırılmamış aksiya ilə əlaqədar əvvəlcədən xəbərdarlıq edilmişdi. Saxlanılan yoxdur, sadəcə olaraq, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb", - deyə DİN-dən bildiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.