“Rusiya Prezidenti Vladimir Putinin səhhəti barədə müxtəlif şayiələr yayılır, ancaq biz onun düşündüyümüzdən də sağlam olduğunu deyə bilərik”.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Vilyam Börns ölkəsinin Kolorado ştatının Aspen şəhərində keçirilən təhlükəsizlik məsələləri üzrə forumda deyib.
Onun sözlərinə görə, Ukraynadakı müharibədə Rusiyanın 15 min ətrafında hərbçisi ölüb, bundan təxminən 3 dəfə çox hərbçisi yaralanıb: “Ukraynalılar da yaralanıb. Ancaq onların sayı azdır. Bununla belə, bu, əhəmiyyətli sayda itkidir”.
V.Börns qeyd edib ki, Rusiya hakimiyyəti qonşu ölkələri təsir dairəsinə qaytarmağa və Rusiyanın böyük qüvvə kimi bərpa etməyə çalışır: “Ancaq bunu Ukrayna üzərində nəzarətsiz etməyin mümkünlüyünə də inanmırlar”.