Hindistanda keçirilən seçkilərdə hakim Xalq Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyansın namizədi Draupadi Murmu ölkənin yeni 15-ci Prezidenti seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səslərin sayılması hələ də davam edir, lakin Murmu üç turdan sonra səslərin 50%-dən çoxunu qazanıb.
Yaxın günlərdə yeni seçilən prezident üçün andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 64 yaşlı Draupadi Murmu Hindistanın ikinci qadın Prezidentidir.