Şoyqu Akarla görüşdə amerikalılardan şikayətləndi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb, onunla Qara dəniz regionu və Ukrayna, eləcə də Suriyadakı vəziyyəti müzakirə edib. 

 

Senzor.az bildirir ki, Rusiya Federasiyası  Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

 

"Rusiya hərbi idarəsinin rəhbəri Akarın diqqətini ABŞ hərbçilərinin uzun müddətdir ki, suveren Suriya dövlətinin ərazisində olmasına yönəldib. Şoyqu onların orada qalmalarını beynəlxalq normaların pozulması adlandırıb və vurğulayıb ki, ABŞ-ın Əl-Tanf kimi bazalarında terrorçu birləşmələrin yaraqlılarına təlim keçilir”, - məlumatda bildirilir.

 

Şoyqu Akarla söhbətində ABŞ-ın rəsmi Suriya hökumətinə qarşı birtərəfli sanksiyalarının qeyri-qanuni olduğunu da qeyd edib. O, həmçinin vurğulayıb ki, bu məhdudiyyətlər ölkədəki ağır humanitar vəziyyəti daha da gərginləşdirir. Şoyqu ABŞ ordusunun Suriyada uzun müddət qalmasına da diqqət çəkib ki, bu da beynəlxalq normaları pozur.

 

O, Suriyada atəşkəsin gələcəkdə qorunub saxlanılmasının vacibliyinə də toxunub. "İki ölkənin departamentləri bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə daim əlaqə saxlayırlar", - məlumatda daha sonra vurğulanır.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.