Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında "taxıl ixracı sazişi"ni alqışlayır

Azərbaycan BMT-nin dəstəyi ilə Ukrayna, Türkiyə və Rusiya arasında taxıl ixracına dair sazişləri alqışlayır.

 

Senzor.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “Tvitter” səhifəsində paylaşdığı məlumatda belə deyilir.

 

“Biz taxıl ixracı sazişinin imzalanmasını və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfədir. Biz sazişin tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik”, - paylaşımda deyilir.

 

Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.