Meymunçiçəyi xəstəliyinin daha çox yayılma riski var.
Senzor.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus deyib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı səhiyyə sahəsində dünya miqyaslı fövqəladə vəziyyət elan edib.
ÜST rəhbəri bildirib ki, iyulun 21-də keçirilən ikinci iclasda təşkilatın Fövqəladə Hallar komitəsi məsələ ilə bağlı konsensus əldə edə bilməyib. Bununla belə, təşkilat rəhbəri bir sıra amilləri nəzərə alaraq, meymunçiçəyini səhiyyə üçün beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
"ÜST qlobal miqyasda və riski yüksək qiymətləndirdiyimiz Avropa istisna olmaqla, bütün regionlarda meymunçiçəyi riskini orta dərəcədə qiymətləndirib. Həmçinin, meymunçiçəyinin daha çox yayılma riski var”, - Qebreyesus bildirib.