Bu gün daha bir qrup Azərbaycan vətəndaşının Almaniyadan deportasiyası gözlənilir.
“Report”un məlumatına görə, deportasiya prosesi Almaniya vaxtı ilə saat 12.00-a nəzərdə tutulub.
Belə ki, ötən gün axşam saatlarında 20-yə yaxın Azərbaycan vətəndaşı Almaniyanın müxtəlif şəhərlərindən Düsseldorf hava limanına gətirilib. Onların aralarında vaxtı ilə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər də var.
Hava limanı yaxınlığındakı yataqxanada yerləşdirilən Azərbaycan vətəndaşları koronavirus testi verdikdən sonra bu gün təyyarə ilə Azərbaycana göndəriləcəklər.