Rusiya Ukraynaya qarşı müharibədə dəqiq idarə olunan raketlərin 50-60%-ni artıq xərcləməsinə baxmayaraq, hələ də çoxlu ehtiyata malikdir. Köhnə raketlər daha az dəqiqdir, lakin Ukrayna üçün kifayət qədər dağıdıcıdır.
Bunları Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat ümummilli telemarafonun efirində deyib.
"Rusiya kimi bir ölkə özünü bu silahlarla, belə demək mümkünsə, xarici təhlükələrdən qorumalıdır. Onlar isə öz potensiallarının yarısını artıq Ukraynaya sərf ediblər – “İsgəndər”, “Kalibr”, X-101 və s. Rusiyada nə qədər X-22, X-59, X-58, X-31 tipli sovet raketlərinin qaldığını təsəvvür etmək olar.
Bu raketlər daha az dəqiq ola bilər, lakin onlar bizim üçün heç də az dağıdıcı deyil. Yüksək dəqiqlikli silahlardan danışırıqsa, bəli, onların artıq pula qənaət etdikləri, bizə qarşı daha çox sovet modellərindən istifadə etdikləri göz qabağındadır”, - Y.İqnat əlavə edib.