İngiltərədə Mühafizəkarlar Partiyasının üzvləri Boris Consonun liderlik yarışına qatılmasını istəyirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 2000-dən çox üzv partiyaya maliyyə yardımı edən Lord Kruddas və keçmiş deputat Devid Kempbell-Bannermanın hazırladığı kampaniyaya dəstək olub. Onlar Consonun liderlik yarışında iştirakının tərəfdarıdırlar.
Mövzu ilə bağlı danışan Lord Kruddas 2019-cu ildə üzvlərin seçiminin Boris Conson olduğunu deyib. O bildirib ki, belə olarsa partiya üzvləri prosesdən qopmadıqlarını hiss edəcəklər.
Həmçinin Lord Kruddas keçən həftə partiyaya verdiyi maliyyə dəstəyini geri çəkə biləcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Baş nazir Boris Conson iyulun 7-də istefa verib və hazırda bu post üçün sabiq maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass mübarizə aparır. Partiyanın yeni lideri sentyabrın 5-də bəlli olacaq.