Kissincer: “Rusiya Ukraynada ələ keçirdiyi bütün əraziləri qaytarmalı olacaq”

“Kiyev və Qərb ölkələri Rusiya tərəfi ilə mümkün danışıqlar prosesində hazırda Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərini güzəştə getməməlidir”.

 

Bunları ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ZDF telekanalına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, mövcud vəziyyətdə Qərb Moskva ilə danışıqlarda nəyə hazır olduğunu və heç bir şəraitdə nədən imtina edə bilməyəcəyini dəqiq başa düşməlidir.

 

Kissincer əlavə edib ki, bu danışıqlarda Ukrayna rəhbərliyi və xalqı mütləq iştirak etməlidirlər. Amerikalı siyasətçi bu yanaşmanı vəziyyəti idarə etmək üçün yeganə ağlabatan əsas adlandırıb.

 

“Ukrayna ərazilərinin təslim olması bizim qəbul edə biləcəyimiz şərt ola bilməz. Fakt budur ki, Rusiya hərbi əməliyyatlar başlayandan bəri ələ keçirdiyi bütün əraziləri qaytarmalı olacaq”, - deyə keçmiş dövlət katibi bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.