Bu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib. 156 işlə bağlı isə qərar mənfi olub. Yerli idarə məhkəmələri həmin şəxslərlə bağlı deportasiya qərarı çıxarıb.
“Dublin prosedur”na görə, ilk viza aldığı Avropa ölkəsinə göndərilmə və ya könüllü qayıdışla bağlı qərarların sayı isə 227 olub.
Bildirilib ki, bu ilin ilk altı ayında federal idarəyə ümumilikdə 97 249 müraciət daxil olub.