Hüqo Gevara ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili təyin edilib.
Senzor.az bildirir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabından məlumat verilib.
Bildirlib ki, Hüqo Gevaranın Dövlət Departamentində böyük təcrübəsi var və son zamanlar tutduğu vəzifələrdən biri ABŞ-ın Qvatemala şəhərindəki səfirliyində Qvatemala hökuməti ilə təhlükəsizlik və qanunun aliliyi sahəsində əməkdaşlıgin inkişafı və irəliləməsi olub.
O da qeyd olunub ki, hazırkı işinə başlamazdan əvvəl Hüqo Gevara Vaşinqtonda Azərbaycan dilini öyrənib.