Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Masallı rayonunun icra başçısı Şahin Məmmədov iyulun 25-də vəzifədən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, Ş. Məmmədovun Masallını tərk edəcəyini öyrənən bir qrup sakin, eləcə də bir neçə şəhid valideyni onun yaşadığı evə gəlib. Sakinlər Ş. Məmmədovun şəxsi əşyalarının daşınmasında köməklik ediblər.
Keçmiş icra başçısı onunla vidalaşmağa gələnlərə təşəkkür edib. O, şəhid analarına xüsusi minnətdarlığını çatdırıb: "Masallı camaatına böyük hörmət və etiramım var. Hər zaman dövlətə və xalqa sədaqətlə xidmət göstərmişəm. Bundan sonrakı fəaliyyətimdə də belə olacaq".