Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasını tərk edən deputatlar yeni siyasi təşkilat yaradırlar.
Bu barədə partiyanın sabiq deputatı Sozar Subari açıqlama verib.
Keçmiş parlamentari bildirib ki, onunla birlikdə partiya sıralarını tərk edən şəxslər fəaliyyətlərini yeni təşkilatda davam etdirəcəklər.
Yeni qurulan hərəkatın məqsədi ictimai-siyasi mühitdə mövcud olan suallara cavab verməklə yanaşı, ölkənin müharibəyə cəlb olunmasının qarşısını almaq və Gürcüstanın Avropaya inteqrasiyasının dönməzliyinə töhfə verməkdir.
Modern.az xatırladır ki, son günlər qonşu ölkədə “Gürcü Arzusu”nun qurucusu, sabiq Baş nazir Bidzina İvanişviliyə qarşı etirazlar genişlənir. Hətta iş o yerə çatıb ki, hakim düşərgənin təmsilçiləri ona etiraz olaraq partiya sıralarını tərk ediblər.