Macarıstanın baş naziri: "Ukrayna NATO-nun hazırkı strategiyası ilə uduzacaq"

Macarıstanın baş naziri Viktor Orban Ukrayna müharibəsi haqqında diqqət çəkən açıqlamalar verib. 

 

O, Kiyevin NATO-nun hazırkı dəstək strategiyası ilə Rusiyanı məğlub edə bilməyəcəyini bəyan edib.

 

Həmçinin Orban müharibənin Avropa iqtisadiyyatı üçün ağır nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.

 

Vyanada Avstriya kansleri Karl Nehammerlə danışan Orban, "Müharibəni bu formada qazanmaq olmaz" deyib. Baş nazir fikirlərinə onu da əlavə edib ki, NATO ölkələrinin Ukraynaya silah və təlimlərlə dəstək strategiyası sərgiləməsi “hələ də onu göstərir ki, bu, uğur gətirməyəcək”.

 

"Strategiya dəyişikliyi olmadan sülh olmayacaq" deyən Orban Ukraynada sülh olmasa, bütün Avropa İttifaqının hərbi vəziyyətə düşəcəyi xəbərdarlığını da edib.

 

“Müharibə davam edərsə, Avropa İttifaqında tənəzzüldən necə qaça biləcəyimiz aydın deyil”, - Macarıstanın baş naziri mövcud xaotik hərb-siyasi durumdan gileylənib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.