Fransa: Rusiya “Vaqner”i gəlsə, bu ölkədən çıxacağıq - FOTO
 
Əgər Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları Malidə işləməyə başlasa, Paris buradan öz hərbçilərini çıxaracaq.
 
Axar.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan İv Lö Drian deyib.
 
Onun sözlərinə görə, Mali hökumət ilə “Vaqner” şirkəti arasında mümkün razılaşma Fransanın Malidəki hərbi mövcudluğuna ziddir.
 
Fransanın müdafiə naziri Florans Parli də oxşar bəyanatla çıxış edib. O, Malidə muzdluların mövcudluğunun həddən artıq ziddiyyətli olduğunu bildirib.
 
Qeyd edək ki, bundan öncə Fransa mətbuatı Mali hökumətinin “Vaqner”lə razılaşma imzalamağa hazırlaşdığı haqqında məlumat yaymışdı. Muzdluların Mali ordusunun hazırlığı ilə məşğul olacağı və hökumət adamlarının təhlükəsizliyini təmin edəcəyi bildirilmişdi.
 

Senzor.az xatırladır ki, “Vaqner” qrupu və yaxud "Vaqner" ÖHŞ (Özəl Hərbi Şirkət) Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli olduğu deyilən qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdlularının Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər...
 
Bəzi iddialara görə isə “Vaqner” Rusiyanın muzdlu qatil ordusu, hətta Prezident Vladimir Putinin “işğalçı əli”dir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.