ÜST rəsmisi: Azərbaycanda "mü" ştamına yoluxma qeydə alınmayıb - “AMMA MASKA TAXMAQ VACİBDİR”

Koronavirusun yeni variantları çıxır, virus mutasiya olur: “Son variant “Delta” ştamı ən son yaşanan dalğanın səbəbkarıdır. Bu ştam çox sürətlə yayılır. Bütün dünyada insanlar eyni səviyyədə peyvənd olmasa, yeni ştamlar yaranmağa davam edəcək. Dünyada isə hər kəsə peyvənd bərabər paylanmır.
 
Senzor.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb, "Mü" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mü" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".
 
ÜST nümayəndəsi onu da əlavə edib ki, qapalı məkanlarda, insanların kütləvi toplaşdığı yerlərdə tibbi maskaların taxılması son dərəcə vacibdir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.