Almaniya Federativ Respublikası bu ilin son 8 ayı ərzində Azərbaycan Respublikasının 353 vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib.
Bu barədə “Report”a Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) bildiriblər.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının son 8 ayda daxil olan müraciətlərinin sayı 636-dır. Onlardan yalnız biri sığınacaq hüququ olan şəxs kimi tanınıb.
Məlumata görə, bu dövrdə 24 nəfərə qaçqın, 13 nəfərə isə köməkçi qoruma statusu verilib, 6 nəfərin ölkədən deportasiyası qadağan olunub.
Səkkiz ay ərzində işinə baxılanlardan yalnız 6,9 %-i ümumi müdafiə dərəcəsinə daxil olub, Azərbaycan Respublikasının 239 vətəndaşının müraciəti ilə bağlı “işin digər qaydada aparılması” qərarı verilib.
Məlumat üçün bildirək ki, ötən ay Almaniyadan ümumilikdə 11 847 əcnəbi sığınacaq istəyib.