Çin lideri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələri Əfqanıstana dəstək verməyə çağırdı

"Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr Əfqanıstanın dinc quruculuğuna dəstək verməli və terrorun istənilən təzahürü ilə qətiyyətlə mübarizə aparmalıdırlar".


Azvision.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Düşənbədə keçirilən ŞƏT-in sammitində deyib.
 
"Əfqanıstanda böyük dəyişikliklər baş verir. Beynəlxalq birlik bu ölkəyə dəstək verməlidir. Biz, terrorun istənilən təzahürü ilə qətiyyətlə mübarizə aparmalıyıq", - Çin lideri əlavə edib.
 
Onun sözlərinə görə, Əfqanıstan üzrə əməkdaşlığın başlıca vəzifəsi orada sülh və sabitliyə nail olmaq, həmçinin davamlı inkişaf prosesinə başlamaqdır: “Bu ölkədə tolerant, hərtərəfli siyasi mexanizmin formalaşmasını stimullaşdırmalıyıq. İndiki vəziyyətdə ŞƏT ölkələri Əfqanıstan problemi ilə bağlı mövqeləri əlaqələndirərkən hərəkətlərin dəqiq koordinasiyasına çalışmalıdırlar".
 
Çin lideri deyib ki, ŞƏT-ə üzv olan ölkələr öz siyasi xəttinə sadiq qalmalı, xaricdən müdaxiləyə yol verməməlidirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.