İran Əfqanıstandakı vəziyyətə görə Məzari-Şərifdə konsulluğunun fəaliyyətini dayandırıb.
TASS xəbər verir ki, İran hakimiyyəti konsulluğunu ölkədə təhlükəsizlik problemlərinin artması səbəbindən müvəqqəti olaraq bağlayıb.
İran tərəfi Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban" arasında qarşıdurmaların şəhərdəki vəziyyəti pisləşdirəcəyindən və bunun diplomatik missiyanın işinə təhlükə yarada biləcəyindən ehtiyat edir.
Konsulluq müvəqqəti olaraq Kabildə fəaliyyət göstərəcək. Məzari-Şərifdə vəziyyət sabitləşən kimi diplomatlar şəhərə qayıdacaqlar.