Rusiya yaxın vaxtlarda Türkiyə və BMT ilə taxıl anlaşması mövzusunda müzakirələr aparacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Bizim İstanbul razılaşmasının iştirakçıları kimi həm BMT, həm də Türkiyə ilə təmaslarımız olacaq. Bu təmaslar yaxın gələcəkdə baş tutacaq.
Bilirsiniz, Rusiya BMT Təhlükəsizlik Şurasını çağırıb. Bu məsələ müzakirə olunacaq. Növbəti addımların nə olacağı barədə bundan sonra danışmaq olar”, - Rudenko bildirib.
A.Rudenko qeyd edib ki, Rusiya “taxıl müqaviləsi”ndən çıxmayıb, yalnız bu sövdələşmədə iştirakını dayandırıb: "Biz sövdələşmədə iştirakın dayandırılmasını elan etmişik, çıxışı yox”.