Ermənistan parlamentinin müxalif deputatı mandatından imtina etdi

Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatı Aram Vardevanyan mandatından imtina edib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

 

Deputat qeyd edib ki, noyabrın 25-də müvafiq bəyanat verəcək. Vardevanyan vurğulayıb ki, bu, onun şəxsi qərarıdır. Lakin şəxsi qərar olmasına baxmayaraq, o, bunu fraksiyadakı həmkarları ilə müzakirə edib.

 

Xatırladaq ki, Aram Vardevanyan 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı ölkənin ikinci prezidenti, hərbi cani Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” (Ermənistan-red.) blokunun proporsional siyahısı ilə parlamentə seçilib.

 

Qeyd edək ki, Ermənistanda deputatların mandatdan imtina etməsi halları İkinci Qarabağ müharibəsindən sonra daha çox yaranıb. Bunu ölkədəki ciddi siyasi böhranla əlaqələndirirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.