Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Milgem” layihəsi çərçivəsində Pakistan üçün inşa edilən üçüncü dəniz patrul gəmisinin suya buraxılması mərasimində iştirak edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, terrorla mübarizə ilə bağlı açıq mesajlar verən Ərdoğan, hər cür terrorla mübarizənin sərhədlər daxilində və xaricində davam edəcəyini bəyan edib.
“Terrorçuları silahla təmin edənlər bizə dərs keçə bilməzlər. Türkiyəni müdafiə sənayesi sahəsində dünya liderlərindən birinə çevirənədək dayanmayacağıq, mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə son illərdə əldə etdiyi irəliləyişlərlə bölgəsində mühüm qlobal aktora çevrilib.
“Biz heç kimin razılığını almırıq”, - deyə dövlət başçısı vurğulayıb.